Əsas Səhifə > Manşet / Sosial > Qazaxda su-kanalizasiya sisteminin çəkilişi başa çatan daha bir küçədə asfaltlama işlərinə başlanılıb
Qazaxda su-kanalizasiya sisteminin çəkilişi başa çatan daha bir küçədə asfaltlama işlərinə başlanılıb15-08-2020, 22:10 |
Son illər Respublika Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair
qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Qazaxda da genişmiqyaslı abadlıq-quruculuq
işləri aparılır. Hazırda ölkə
rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində
rayonda böyük layihələrdən olan şəhərin içməli su və kanalizasiya
sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərdə nəinki su və kanalizasiya xətlərinin
çəkilişi aparılır, eləcə də işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri
görülür. Küçələr asfaltlanır, səkilərə
bardürlər düzülür, tamet döşənir, çoxmərtəbəli yaşayış binalarının həyəti "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilir. Yeni asfalt döşənmiş Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92 saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan quruculuq
işləri və sakinlərə təqdim olunan "Abad məhəllə”lər bu dediklərimizin
bariz nümunəsidir.
Bu gün isə rayonda su-kanalizasiya sisteminin çəkilişi başa çatan daha bir küçədə asfaltlama işlərinə başlanılıb. Sayca doqquzuncu küçə olan Məmməd Əmin Rəsulzadə küçəsinə də yeni asfalt vurulub. Məlumat üçün onu da qeyd edək ki, Əliağa Şıxlinski küçəsində də su-kanalizasiya sisteminin çəkilişi ilə yanaşı, abadlıq işləri aparılır. Həmçinin, Heydər Əliyev prospektində, Azadlıq və Zeynalabdin Tağıyev küçələrində səkilərə yeni tamet döşənir. Məmməd Əmin Rəsulzadə küçəsi
GOYEZEN.AZ Geri qayıt |