Qazaxda su və kanalizasiya sistemi çəkilən çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri davam etdirilir
Ölkə Prezidenti
İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı istiqamətində qəbul
edilmiş çoxsaylı dövlət proqramlarının uğurlu icrası nəticəsində son illər ölkəmizdə
həyata keçirilən quruculuq işləri geniş miqyas alıb. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda da
genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri aparılır. Hazırda
"Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin
çəkilişi sürətlə davam etdirilir. Sevindirici haldır ki, şəhərin su və
kanalizasiya xəttinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə dərhal
abadlıq işlərinə, xüsusilə də asfaltlama işlərinə başlanılır. İlkin olaraq
şəhərin Səməd Vurğun və Molla
Pənah Vaqif küçələrinə yeni asfalt örtüyün çəkilməsi də bunun
bariz nümunəsidir. Bundan əlavə, Murtuz Carçıyev, Əminə
Dilbazi, Zeynalabdin Tağıyev, Azadlıq küçələrində yeni
bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri rayonda quruculuğun
bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Şəhərdə su və
kanalizasiya sisteminin çəkilişi başa çatan çoxmənzilli yaşayış binalarının
həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı
altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunu
əyani şəkildə sübut edir. Hazırda su-kanalizasiya sisteminin çəkilişi
yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli
61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər
Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12
və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan
işlər onu söyləməyə əsas verir ki, qısa bir vaxtda rayonda "Abad
məhəllə”lərin sayı artacaq. Onu qeyd edək ki, prospektdə yerləşən
binaların həyətində bardürlər
düzülüb, yaşıllıq salınması üçün torpaq qatı verilib. Lazım olan hissələrə
beton tökülüb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə abadlıq
işləri aparılan həmin binalarda olub, görülən işlərin mövcud vəziyyəti ilə
maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin
keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını
verib. Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı binaların həyəti
GOYEZEN.AZ
Facebook-da paylaş