• Təqvim

  • Maraq



Qazaxda su-kanalizasiya sistemi çəkilən küçələrdə və binaların həyətində abadlıq işləri davam etdirilir


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində regionların inkişafı istiqamətində qəbul edilmiş çoxsaylı dövlət proqramları uğurla icra olunmaqdadır. Həmin dövlət proqramlarına uyğun olaraq respublikamızın şəhər və rayonlarında həyata keçirilən abadlıq və quruculuq işləri ildən-ilə daha geniş vüsət alır. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda da genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri aparılır. Hazırda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” ASC tərəfindən icra olunan layihə sürətlə davam etdirilir.

Sevindirici haldır ki, şəhərin su və kanalizasiya xəttinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə dərhal abadlıq işlərinə, xüsusilə də asfaltlama işlərinə başlanılır. Şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri və yeni asfalt örtüyün çəkilməsi bunun bariz nümunəsidir. Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də su və kanalizasiya sisteminin çəkilişi aparılır. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovla birlikdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, beşmərtəbəli 173 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində, eləcə də Azadlıq, Ə.Şıxlinski və yeni bardür düzülən Murtuz Carçıyev küçələrində görülən işlərin mövcud vəziyyəti ilə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, binaların həyətində lazım olan hissələrə yeni bardürlər düzülür, eləcə də digər abadlıq işləri görülür. Aparılan abadlıq işləri sayəsində qısa bir vaxtda bu binaların həyəti də Nəriman Nərimanov yaşayış massivində olduğu kimi, "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına veriləcək.

Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edib və aidiyyəti üzrə tapşırıqlarını verib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Heydər Əliyev prospekti 61A

 

Heydər Əliyev prospekti 63


 

 Heydər Əliyev prospekti 65


 Heydər Əliyev prospekti 173


 Ş.Xiyabanı 12


 Ş.Xiyabanı 14



   Azadlıq 78


  Ə.Şıxlinski küçəsi





 M.Carçıyev küçəsi




GOYEZEN.AZ



Facebook-da paylaş