• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı abadlıq işləri aparılan ərazilərdə olub


Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Təqdirəlayiq hal isə odur ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür.Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə küçələrinə yeni asfaltın vurulması, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim olunması bu dediklərimizin əyani sübutudur.

Qazaxda görülən işlər demək olar ki, gündən-günə daha geniş miqyas alır. Rayonda ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Hazırda şəhərin Heydər Əliyev prospektində, Azadlıq və Zeynalabdin Tağıyev küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abadlıq işləri aparılan ərazilərdə olub, görülən bütün işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.  

Rayonda görülən işlər sakinlər tərəfindən də razılıqla qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Yeni tamet vurulan Heydər Əliyev prospekti



Yeni tamet vurulan Zeynalabdin Tağıyev küçəsi 



Azadlıq küçəsində həyətinə beton tökülən 107 saylı bina 



 Yeni tamet vurulan Azadlıq küçəsi 


 Yeni tamet vurulan Molla Pənah Vaqif küçəsi 




 Heydər Əliyev prospektində həyətinə beton tökülən 173 saylı bina



 

 Azadlıq küçəsində həyətinə beton tökülən 208A saylı bina


 

Yeni asfalt vurulan Məmməd Əmin Rəsulzadə küçəsi





 Bakı küçəsi





GOYEZEN.AZ



Facebook-da paylaş