İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan ərazilərdə görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub
Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması uğurla davam
etdirilir. Ən əsası da şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda
işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Həyata keçirilən işlər sayəsində küçələrə yeni
asfalt vurulur, çoxmərtəbəli binaların həyəti "Abad məhəllə” adı
altında sakinlərin istifadəsinə verilir. Yeni asfalt örtüyü vurulan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri,
eləcə də yeni asfalt döşənəcək Əliağa
Şıxlinski küçəsində görülən işlər bu dediklərimizin əyani
sübutudur. Şəhərdə küçələrlə yanaşı, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan quruculuq
işləri rayonda "Abad məhəllə”lərin sayının
gündən-günə artmasından xəbər verir. Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi
tərəfindən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı
tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılmasına ciddi nəzarət
edilir. Belə ki, çəkiliş aparılan küçələrə yerində baxılır və işlərin keyfiyyəti
ilə maraqlanılır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin
layihə rəhbəri Sədi Namazov və digər aidiyyəti şəxslərlə
birlikdə şəhərdə su-kanalizasiya
sisteminin çəkilişi aparılan ərazilərdə görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Daha
sonra icra başçısı rayonda aparılan quruculuq işləri ilə də tanış olub. Rayon
rəhbəri istər su, istərsə də kanalizasiya sisteminin layihədə nəzərdə
tutulduğu kimi həyata keçirilməsini, görülən bütün işlərin günün tələbləri səviyyəsində
qurulmasını vurğulayaraq bir daha tapşırıq və tövsiyələrini verib. Bakı küçəsi
Heydər Əliyev prospekti
Azadlıq küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş