Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı yeni asfalt vurulacaq Heydər Əliyev prospektində, eləcə də Əliağa Şıxlinski küçəsində olub və aidiyyəti üzrə tapşırıqlarını verib

İcra başçısı yeni asfalt vurulacaq Heydər Əliyev prospektində, eləcə də Əliağa Şıxlinski küçəsində olub və aidiyyəti üzrə tapşırıqlarını verib


2-09-2020, 18:30


Heydər Əliyev prospekti

Xəbər verdiyimiz kimi cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı küçələrdə abadlıq-quruculuq işləri də aparılır. Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov küçələri də yeni asfalt vurulan və abadlıq işləri aparılan küçələrdir. Küçələrlə bərabər çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri görülür. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92, 208, 208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlər bunun bariz nümunəsidir. Artıq həmin binaların həyəti "Abad məhəllə” kimi sakinlərə təqdim olunub. Küçələrin asfaltlanması və çoxmənzilli yaşayış binalarının həyətində görülən işlər bu gün də davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinin rəhbəri Mehrab İsgəndərov, "Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov, "28 nömrəli Yol İstismarı" MMC-nin direktoru Kərəm Məmmədrzayev və digər aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulacaq Heydər Əliyev prospektində, eləcə də Əliağa Şıxlinski küçəsində olub, görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.

Rayon rəhbəri prospektdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissədə, eləcə də Əliağa Şıxlinski küçəsində yaxın günlərdə yeni asfaltın vurulmasına başlanılmasını bildirib və görülən bütün işlərin keyfiyyətlə aparılmasını qeyd edib.

Məlumat üçün bildirək ki, hazırda şəhərin Heydər Əliyev prospektində, Azadlıq, M.P.Vaqif küçələrində səkilərə yeni tamet də döşənir.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan quruculuq işləri rayon sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 Heydər Əliyev prospekti





 Əliağa Şıxlinski küçəsi




GOYEZEN.AZ


Geri qayıt