• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı həyətində abadlıq işləri aparılan binalarda olub

Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Eyni zamanda da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə bərabər işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri aparılır. Görülmüş işlər nəticəsində artıq Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov küçələrinə yeni asfalt vurulub. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq"Abad məhəllə” kimi sakinlərə təqdim olunub. Küçələrin asfaltlanması, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində görülən işlər bu gün də davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərdə daha iki binanın – Azadlıq küçəsində yerləşən 208 və 208A saylı binaların həyətində aparılan abadlıq işləri ilə maraqlanıb. Eyni zamanda yeni asfalt vurulan Əhməd Seyidov küçəsində, eləcə də abadlıq işləri aparılan digər ərazilərdə olub. Rayon rəhbəri görülən bütün işlərin keyfiyyətlə aparılmasını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Məlumat üçün onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Həmçinin, şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Z.TağıyevM.P.Vaqif küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan quruculuq işləri rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə razılıqlarını ifadə edirlər.

 Yeni asfalt vurulan Əhməd Seyidov küçəsi

 

Azadlıq küçəsində həyətində abadlıq işləri aparılan 208 və 208A saylı binalar



 
 

GOYEZEN.AZ



Facebook-da paylaş