• Təqvim

  • Maraq



Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması sürətlə davam etdirilir - FOTO/VİDEO


Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Dövlət başçısının diqqət və qayğısı sayəsində Qazax rayonunda aparılan abadlıq və quruculuq işləri də gündən-günə daha geniş miqyas alır. Bu gün böyük bir tikinti meydançasını xatırladan rayonda görülən işlərin nəticəsidir ki, Qazax respublikamızın abad rayonlarından birinə çevrilir.

Ölkə rəhbərinin tapşırığına əsasən rayonda görülən böyük işlərdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Su və kanalizasiya sisteminin çəkilişləri hazırda şəhərin Heydər Əliyev prospektində sürətlə davam etdirilir. İşlərin aparıldığı yolun eni 16 metrdir. Çəkiliş işləri bir və ikitərəfli (hər tərəf 8 m) yolda aparılır. Çəkiliş üçün qazılmış xəndəyin eni 3 metrdir. Bundan əlavə, su və kanalizasiya xətləri paralel olaraq çəkilir və prospekt boyunca yaşayış evlərinə, obyektlərə çıxışlar verilir.

Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 Heydər Əliyev prospektinin su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan və abadlıq işləri aparılan hissəsi




Heydər Əliyev prospektinin su və kanalizasiya sisteminin çəkilişləri aparılan hissəsi



Facebook-da paylaş