Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşmış Əliağa Şıxlinski küçəsinə asfalt örtüyü vurulur
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın
bütün bölgələri, o cümlədən də Qazax rayonu inkişaf edərək müasir və abad
rayonlardan birinə çevrilir. Son dövrlər rayonda regionların
sosial-iqtisadi inkişafına dair qəbul
olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş
miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir. Bu
gün sözün əsl
mənasında tam əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü
yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda
uğurla addımlayır. Ötən müddət ərzində rayonda aparılan abadlıq və quruculuq
işlərinin nəticəsidir ki, bu gün Qazax böyük bir tikinti meydançasını
xatırladır. Hazırda Respublika
Prezidenti İlham Əliyevin qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində
içməli su və kanalizasiya sisteminin yenidən qurulması lahiyəsi uğurla icra
edilməkdədir. Bunu görülən işlərdən də aydın şəkildə görmək olur. Ən əsası isə
şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər
abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr
asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri
səliqəyə salınır, rənglənmə işləri aparılır. Şəhərdə böyük
küçələrdən olan Əliağa
Şıxlinski küçəsində
də su və kanalizasiya sisteminin çəkilişi yekunlaşdığından küçənin xeyli
hissəsinə asfalt örtüyü vurulub. Məlumat üçün qeyd edək ki, bu günə kimi
şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya
sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa
çatmış Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni
asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə
abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət alması sakinlər
tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildirirlər.
Su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Əliağa Şıxlinski küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş