Qazaxda aparılan abadlıq işlərindən - VİDEOREPORTAJ
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların
sosial-iqtisadi inkişafına dair qəbul
olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı
abadlıq və quruculuq işləri aparılır. Ölkə
Prezidentinin diqqət və qayğısı sayəsində son dövrlər Qazax rayonu da
özünün intibah dövrünü yaşayır. Böyük bir
tikinti meydançasını xatırladan Qazaxda yeni asfalt yolların çəkilməsi,
əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli
yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının,
körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir
daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax rayonu inkişaf
edərək abad rayonlardan birinə çevrilir. Ölkə başçısının
qayğısı sayəsində Qazax şəhərinin
içməli su və kanalizasiya sistemi də yenidən qurulur. "Azərsu” Açıq
Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən
əsası da şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni
zamanda işlərin başa çatdırıldığı küçələrdə quruculuq işləri görülür. Küçələrə
yeni asfalt vurulur, səkilərə yeni tamet və bardür düzülür, çoxmənzilli yaşayış
binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilir. Dövlət başçısının qayğısı sayəsində
ildən-ilə, gündən-günə geniş vüsət alan abadlıq və quruculuq işləri onu deməyə
əsas verir ki, Qazax müasir yolları, "Abad məhəllə”ləri
ilə bundan sonra daha da göz oxşayacaq. Qazaxda aparılan abadlıq və quruculuq işləri rayon
sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Rayonda aparılan
abadlıq və quruculuğu Qazaxın timsalında bölgələrimizin inkişafı istiqamətində
görülən işlər kimi dəyərləndirirlər. Bütün bu işlərə görə ölkə başçısı İlham
Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş