Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın
bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri
aparılır. Dövlət başçısının
diqqət və qayğısı sayəsində Qazax rayonunda aparılan abadlıq və quruculuq işləri də
gündən-günə daha geniş miqyas alır. Bu gün böyük bir tikinti meydançasını xatırladan rayonda
görülən işlərin nəticəsidir ki, Qazax respublikamızın abad rayonlarından birinə
çevrilir.
Ölkə rəhbərinin
tapşırığına əsasən rayonda görülən
böyük işlərdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax
şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır.
Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi
yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt
və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik,
rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar
salınır.
Su və kanalizasiya sisteminin çəkilişləri hazırda
şəhərin Heydər Əliyev prospektində sürətlə davam
etdirilir. İşlərin aparıldığı yolun eni 16 metrdir. Çəkiliş işləri bir və
ikitərəfli (hər tərəf 8 m) yolda aparılır. Çəkiliş üçün qazılmış xəndəyin eni 3
metrdir. Bundan əlavə, su və kanalizasiya xətləri paralel olaraq çəkilir və
prospekt boyunca yaşayış evlərinə, obyektlərə çıxışlar verilir.
Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını
razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildirirlər.
Heydər Əliyev prospektinin su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan və abadlıq işləri aparılan hissəsi
Heydər Əliyev prospektinin su və kanalizasiya sisteminin çəkilişləri aparılan hissəsi
Geri qayıt
|