• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətinə asfalt örtüyü vurulub


Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Qazax rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Son dövrlər böyük bir tikinti meydançasını xatırladan rayonda görülən işlər sayəsində Qazax respublikamızın abad rayonlarından birinə çevrilir. Hazırda ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması lahiyəsi icra olunur. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır.

Bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Qazaxda daha iki çoxmənzilli yaşayış binasının - Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı binaların həyətində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdığından asfalt örtüyü vurulub.

2018-ci ilin oktyabrında əsaslı şəkildə təmirdən sonra sakinlərin istifadəsinə verilən hər iki bina göz oxşayır. Qeyd edək ki, hər iki binanın dam örtükləri yenilənib, bloklarda divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb. Həmçinin, binaların həyətində olan xeyir-şər evi də təmir edilib.  Bu gün isə həyətlərinə asfalt örtüyü vurularaq "Abad məhəllə” kimi sakinlərin ixtiyarına verilib. Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Bunu bina sakinləri görülmüş işlərə görə razılıq bildirərkən bir daha qeyd ediblər.

Əliağa Şıxlinski küçəsində yerləşən 5 saylı binanın həyəti






 Əliağa Şıxlinski küçəsində yerləşən 4 saylı binanın həyəti








GOYEZEN.AZ



Facebook-da paylaş