İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi yekunlaşmaqda olan Əliağa Şıxlinski küçəsində olub
Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Qazaxda
şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam
etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə
yanaşı, işlərin başa çatdırıldığı prospekt və küçələrdə abadlıq işləri
aparılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz,
elektrik, rabitə xətləri səliqəyə salınır.
Bu günə kimi şəhərdə su və kanalizasiya xətlərinin
çəkilişi yekunlaşan Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Həmçinin, şəhərin Heydər
Əliyev prospektində su-kanalizasiya sisteminin çəkilişləri
yekunlaşan hissələrdə birinci qat asfalt örtüyü döşənib. Şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib.
Hazırda şəhərdə
böyük küçələrdən olan Əliağa
Şıxlinski küçəsində
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi
burada da abadlıq işləri aparılacaq və yeni asfalt örtüyü vurulacaq. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Hydrotechnical
Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə
birlikdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaqda olan Əliağa
Şıxlinski küçəsində olub, görülmüş işlərin mövcud vəziyyəti ilə
maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə
tapşırıqlarını verib.
Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq
hissi ilə qarşılanır. Sakinlər görülmüş işləri yüksək qiymətləndirərək
buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Abadlıq işləri aparılan Bakı küçəsi
Abadlıq işləri aparılan Azadlıq küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş