Qazaxda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan prospekt və küçələrdə abadlıq işləri davam etdirilir – FOTOLAR
Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində son illər
ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramları uğurla icra
olunmaqdadır. Həmin dövlət proqramlarında nəzərdə tutulmuş işlər sayəsində bu
gün təkcə paytaxt Bakı deyil, respublikamızın
bütün bölgələri ildən-ilə, gündən-günə abadlaşır, yeni görkəm alır. Ölkə
Prezidentinin rəhbərliyi altında genişmiqyaslı abadlıq və quruculuq işləri
aparılan rayonlardan biri də Qazax rayonudur. Böyük bir
tikinti meydançasını xatırladan Qazaxda yeni asfalt yollar çəkilir, əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binaları
təmir olunur, çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir və
yaxud da əsaslı şəkildə yenidən qurulur. Hazırda ölkə başçısının qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən
qurulur. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı,
eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür.
Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik,
rabitə xətləri səliqəyə salınır və digər abadlıq işləri aparılır. Şəhərin Heydər Əliyev prospektində və küçələrində su-kanalizasiya
sisteminin çəkilişləri yekunlaşan hissələrdə həyata keçirilən abadlıq işləri sürətlə
davam etdirilir. Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla
Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd
Seyidov, Mehdi Hüseyn, Bakı küçələrinə yeni asfalt vurulub. Bundan
əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Həmçinin,
şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada
da yeni asfalt vurulacaq. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan
rayon sakinləri görülmüş
işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Abadlıq işləri aparılan Azadlıq küçəsi
Abadlıq işləri aparılan Heydər Əliyev prospekti
Abadlıq işləri aparılan və yeni asfalt vurulan Bakı küçəsi Abadlıq işləri aparılan və yeni asfalt vurulan Zeynalabdin Tağıyev küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş