Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi yekunlaşmaqda olan Əliağa Şıxlinski küçəsində olub

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi yekunlaşmaqda olan Əliağa Şıxlinski küçəsində olub


13-10-2020, 18:48


Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı prospekt və küçələrdə abadlıq işləri aparılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.

Bu günə kimi şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Həmçinin, şəhərin Heydər Əliyev prospektində su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə birinci qat asfalt örtüyü döşənib. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. 

Hazırda şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi burada da abadlıq işləri aparılacaq və yeni asfalt örtüyü vurulacaq.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaqda olan Əliağa Şıxlinski küçəsində olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə tapşırıqlarını verib.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər görülmüş işləri yüksək qiymətləndirərək buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Abadlıq işləri aparılan Bakı küçəsi




 

 Abadlıq işləri aparılan Azadlıq küçəsi







GOYEZEN.AZ


Geri qayıt