Qazaxda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan ərazilərə yeni asfalt vurulması davam etdirilir
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına
dair qəbul olunmuş çoxsaylı Dövlət
Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində genişmiqyaslı abadlıq işləri
aparılır. Ölkəmizdə həyata keçirilən quruculuq işləri Qazaxda da geniş vüsət
alıb. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda yeni asfalt yolların
çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə
çoxmənzilli yaşayış binalarının təmir olunması, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması
dediklərimizin əyani sübutudur. Hazırda ölkə başçısının qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya
sistemi yenidən qurulur. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin
çəkilişi ilə yanaşı, eyni zamanda işlərin başa çatdırıldığı prospekt və küçələr
abadlaşdırılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür,
qaz, elektrik, rabitə xətləri səliqəyə salınır və digər abadlıq işləri
aparılır. Şəhərin Heydər Əliyev prospektində və küçələrində
su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə həyata keçirilən
abadlıq işləri sürətlə davam etdirilir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Hydrotechnical Construction Company” MMC-nin
direktoru Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə
birlikdə su-kanalizasiya xəttinin çəkilişi yekunlaşan və yeni
asfalt vurulan Əliağa Şıxlinski küçəsi ilə Bakı küçəsinin kəsişməsində görülən işlərlə tanış olub. Rayon rəhbəri bütün
işlərin keyfiyyətlə yerinə yetirilməsini bildirib və bu istiqamətdə aidiyyəti
üzrə tapşırıqlarını verib. Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla
Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd
Seyidov, Mehdi Hüseyn, Bakı küçələrinə yeni asfalt vurulub. Bundan
əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Həmçinin,
şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada
da yeni asfalt vurulacaq. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan
rayon sakinləri görülmüş
işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Əliağa Şıxlinski küçəsi ilə Bakı küçəsinin kəsişməsi
GOYEZEN.AZ
Facebook-da paylaş