Qazaxda daha iki çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulur
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın bütün bölgələri inkişaf edir, müasir və abad görkəm alır. Son dövrlər Qazax rayonunda geniş miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir. Bu gün tam əminliklə deyə bilərik ki, qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax rayonu özünün intibah dövrünü yaşayır, tərəqqi yolunda uğurla addımlayır. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq və quruculuq işləri uğurla davam etdirilir.
Hazırda Respublika Prezidenti İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması lahiyəsi icra olunur. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır.
Bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub.
Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Bu gün Qazaxda daha iki çoxmənzilli yaşayış binasının - Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı binaların həyətində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdığından asfalt örtüyünün vurulmasına başlanılıb. Artıq 5 saylı binanın həyətində işlərə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulan binaların həyətində olub, görülən işlərlə maraqlanıb, aidiyyəti üzrə tapşırıqlarını verib.
Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət alması sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Bunu bina sakinləri görülmüş işlərə görə razılıq bildirərkən bir daha qeyd ediblər.
Məlumat üçün bildirək ki, hər iki bina 2018-ci ilin oktyabrında əsaslı şəkildə təmirdən sonra sakinlərin istifadəsinə verilib. Belə ki, hər iki binanın dam örtükləri yenilənib, bloklarda divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb. Həmçinin, binaların həyətində olan xeyir-şər evi də təmir edilib.
Əliağa Şıxlinski küçəsində yerləşən 5 saylı binanın həyəti
Əliağa Şıxlinski küçəsində yerləşən 4 saylı binanın həyəti
GOYEZEN.AZ
Facebook-da paylaş