Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Əliağa Şıxlinski küçəsinə asfalt örtüyünün vurulmasına başlanılıb
Respublika Prezidenti
İlham Əliyevin qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində
içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülən
işlər davam etdirilir. Təqdirəlayiq haldır ki, şəhərdə su və kanalizasiya
xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa
çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür
düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır. Hazırda şəhərdə
böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su və kanalizasiya sisteminin çəkilişi
yekunlaşdığından həmin küçəyə asfalt örtüyünün vurulmasına başlanılıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə
birlikdə yeni asfalt vurulan və abadlıq işləri aparılan Əliağa
Şıxlinski küçəsində görülən işlərlə maraqlanıb. Daha sonra rayon
rəhbəri abadlıq işləri aparılan digər ərazilərdə də olub və aidiyyəti üzrə
tapşırıqlarını verib. Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Heydər
Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri
yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə
abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət alması sakinlər
tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildirirlər. Su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Əliağa Şıxlinski küçəsi
Azadlıq küçəsi
Bakı küçəsi
Heydər Əliyev prospekti GOYEZEN.AZ
Facebook-da paylaş