Əsas Səhifə > Manşet / Sosial > Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Əliağa Şıxlinski küçəsinə asfalt örtüyünün vurulmasına başlanılıb

Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Əliağa Şıxlinski küçəsinə asfalt örtüyünün vurulmasına başlanılıb


28-10-2020, 12:49


Respublika Prezidenti İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. Təqdirəlayiq haldır ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır.

Hazırda şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşdığından həmin küçəyə asfalt örtüyünün vurulmasına başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulan və abadlıq işləri aparılan Əliağa Şıxlinski küçəsində görülən işlərlə maraqlanıb. Daha sonra rayon rəhbəri abadlıq işləri aparılan digər ərazilərdə də olub və aidiyyəti üzrə tapşırıqlarını verib.


Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət alması sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 Su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Əliağa Şıxlinski küçəsi









 Azadlıq küçəsi



Bakı küçəsi 






 Heydər Əliyev prospekti

 

 

GOYEZEN.AZ


Geri qayıt