İcra başçısı Hüseyn Arif küçəsində içməli su və kanalizasiya sisteminin çəkilişi aparılan hissələrdə görülən cari təmir işləri ilə tanış olub
Bu gün sevindirici haldır ki, Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün şəhər və rayonlarında həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri geniş miqyas alır. Görülən işlər nəticəsində də ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərinin siması sözün yaxşı mənasında dəyişir, Azərbaycan müasir və abad ölkələrdən birinə çevrilir.
Ölkə başçısının rəhbərliyi altında gündən-günə inkişaf edən, müasirləşən, abadlaşan bölgələrimizdən biri də Qazax rayonudur. Bunu böyük bir tikinti meydançasını xatırladan Qazaxda görülən abadlıq və quruculuq işlərindən də aydın şəkildə görmək olur.
Qeyd etdiyimiz kimi, ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində sürətlə həyata keçirilir. Bununla yanaşı, çəkilişlər başa çatan küçələrdə aparılan abadlıq işləri də davam etdirilir. Belə ki, su və kanalizasiya sisteminin çəkilişləri aparılan ərazilərdə cari təmir və bərpa işləri aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Hüseyn Arif küçəsində içməli su və kanalizasiya sisteminin çəkilişi aparılan hissələrdə görülən cari təmir işləri ilə tanış olub, aidiyyəti üzrə tapşırıqlarını verib.
Qazaxda aparılan genişmiqyaslı quruculuq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Hüseyn Arif küçəsi
Heydər Əliyev prospektinin su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan və abadlıq işləri aparılan hissəsi
Heydər Əliyev prospektinin su və kanalizasiya sisteminin çəkilişləri aparılan hissəsi
GOYEZEN.AZ
Facebook-da paylaş