• Təqvim

  • Maraq



İcra başçısı şəhərdə içməli su və kanalizasiya sisteminin çəkilişləri aparılan ərazilərdəki işlərlə tanış olub


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər sayəsində şəhər, qəsəbə və kəndlərimizin siması daha da yaxşılaşır, Azərbaycan müasir və abad ölkə kimi nümunə göstərilir.

Ölkə başçısının diqqət və qayğısı sayəsində Qazax rayonunda aparılan abadlıq və quruculuq işləri də gündən-günə daha geniş miqyas alır. Bu gün böyük bir tikinti meydançasını xatırladan rayonda görülən işlərin nəticəsidir ki, Qazax respublikamızın abad rayonlarından birinə çevrilir.

Ölkə rəhbərinin tapşırığına əsasən rayonda görülən böyük işlərdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır.

Bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub.

Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Su və kanalizasiya sisteminin çəkilişləri hazırda şəhərin Heydər Əliyev prospektində davam etdirilir. Bununla yanaşı, işlər başa çatan ərazilərdə abadlıq işlər aparılır, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq yaşıllıqlar salınır.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişləri aparılan və şam ağacları əkilən şəhərin Heydər Əliyev prospektində, eləcə də çəkiliş başa çatan Nizami küçəsində olub, görülən işlərlə maraqlanıb, aidiyyəti üzrə tapşırıqlarını verib.

Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 Su və kanalizasiya sistemi yenilənən və yaşıllıq salınan Heydər Əliyev prospekti








  Nizami küçəsi


GOYEZEN.AZ



Facebook-da paylaş