Qazaxda Nəsrəddin Tusi küçəsinə çınqıl döşənib
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın
regionlarında genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, uğurlu
layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, ölkəmiz gündən-günə
inkişaf edir. Son illər Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi altında "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının qəbul edilməsi, çoxsaylı Dövlət
Proqramına əsasən bölgələrimizdə aparılan abadlıq işləri də məhz bu məqsədə
xidmət edir. Son illər Qazax rayonunda həyata keçirilən
abadlıq işləri, xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su
və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra
prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi,
qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması Qazaxın timsalında
dediklərimizin bariz nümunəsidir. Belə ki, şəhərin Heydər Əliyev
prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə
çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,32,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı, Ə.Qədirov küçəsində yerləşən 2,3,4 saylı, H.Arif küçəsində yerləşən
2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. Rayonda yeni yolların çəkilməsi ilə yanaşı, küçədaxili
yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin
etmək məqsədilə bir sıra işlər görülür. Hər il bu məqsədlə şəhərin ehtiyac olan
küçələrinə çınqıl daşınıb tökülür və hamarlanır. İyunun 6-da şəhərin daha bir küçəsinə - Nəsrəddin Tusi
küçəsinə çınqıl tökülərək hamarlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş