Qazaxda bir neçə küçəyə çınqıl döşənib
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu
layihələr, görülən məqsədyönlü tədbirlər onu söyləməyə əsas verir ki, Azərbaycan
gündən-günə inkişaf edir. Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi
altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının
qəbul edilməsi, çoxsaylı Dövlət Proqramına əsasən bölgələrimizdə aparılan
abadlıq işləri də məhz bu məqsədə xidmət edir. Son illər Qazax rayonunda həyata
keçirilən abadlıq işləri, xüsusilə də ölkə rəhbərinin
tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin
icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet,
bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması Qazaxın
timsalında dediklərimizin bariz nümunəsidir. Belə ki, şəhərin Heydər
Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə
Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov,
Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü
vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A
saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa
Şıxlinski küçəsində yerləşən 4,5 saylı, Ə.Qədirov küçəsində yerləşən 2,3,4
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Sevindirici
haldır ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, küçədaxili yollarda da həm
nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə
bir sıra işlər görülür. Hər il bu məqsədlə şəhərin ehtiyac olan küçələrinə
çınqıl daşınıb tökülür və hamarlanır. Artıq
dünəndən növbəti belə işlərə start
verilib. Qazax şəhərinin M.Ə.Rəsulzadə küçəsi ilə kəsişən Gəncə, A.Mustafayev,
20 Yanvar, Qarabağ, Azərbaycan, T.İsmayılov, Natəvan, .Q.Kərəm, İ.Qayıbov küçələrinə
çınqıl daşınıb tökülərək hamarlanıb. Qeyd edək ki, bu istiqamətdə işlər davam
etdirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş