İcra başçısı yeni səki salınacaq ərazidə olub
Bu gün təqdirəlayiq haldır ki, son illər ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın şəhər və
rayonlarında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri bu gün də
davam etdirilir. Onu da tam əminliklə deyə
bilərik ki, Qazax rayonu
da gündən-günə abadlaşan bölgələrimizdəndir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax
şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin
icrasından sonra rayonda aparılan abadlıq işləri söylədiklərimizin bariz
nümunəsidir. Çəkilişdən sonra prospekt və küçələrin asfaltlanması, səkilərə
yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə
salınması dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev
prospektində, Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. Hər il olduğu
kimi, rayonda aparılan abadlıq işləri bu il də davam etdirilir. Şəhərin Nəriman
Nərimanov küçəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini
təmin etmək məqsədilə yeni salınacaq səki də abadlıq işlərinin davamıdır. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səki salınacaq həmin ərazidə olub, görülən
işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlə tanış olan icra başçısı
aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan
sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş