• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Mənzil İstismar Sahəsinin balansında olan daha iki birmərtəbəli binanın dam örtüyü yenilənib


Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində son illər respublikamızın şəhər və rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri bu gün də davam etdirilir. Onu da əminliklə qeyd edə bilərik ki, Qazax rayonu da gündən-günə abadlaşan bölgələrimizdəndir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda həyata keçirilən abadlıq işləri dediklərimizin bariz nümunəsidir. Elə ilk gündən çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilərin abadlaşdırılması, işlərin başa çatdırıldığı prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizə əyani sübutdur. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.

Hər il olduğu kimi, bu il də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu günə kimi MİS-in balansında olan Azadlıq 90,100,121, H.Z.Tağıyev 11 ünvanlarında yerləşən birmərtəbəli binaların dam örtükləri yenilənib. Həmçinin MİS-in balansımda olan daha iki birmərtəbəli binanın dam örtüyündə görülmüş işlər başa çatıb. Azadlıq 101 və Şamoy Çobanov 4 ünvanlarında yerləşən birmərtəbəli binaların da dam örtükləri yenilənərək sakinlərin istifadəsinə verilib.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işləri razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Azadlıq 101



















 Şamoy Çobanov 4














GOYEZEN.AZ



Facebook-da paylaş