• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində aparılan abadlıq işləri bu gün də davam etdirilir


Son illər cənab Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində də ölkə Prezidentinin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti dayanır.

Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan abadlıq- quruculuq işləri Qazaxda da geniş miqyas alıb. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası demək olar ki, yekunlaşmaq üzrədir. Təqdirəlayiq haldır ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Hazırda Heydər Əliyev prospektində yerləşən və su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan 175 saylı çoxmənzilli yaşayış binasının həyətində yeni asfalt örtüyü vurulur. Eyni zamanda, prospektdə köhnə tamet və bardürlər də sökülərək yenilənir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospekti 175 saylı çoxmənzilli yaşayış binasının həyətində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb, işlərin keyfiyyəti ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.

Məlumat üçün bildirək ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev prospekti 175 saylı binanın həyəti



 

 Heydər Əliyev prospekti 






GOYEZEN.AZ



Facebook-da paylaş