• Təqvim

  • Maraq



İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi davam edən və abadlıq işləri aparılan Heydər Əliyev prospektində olub


Bu gün sevindirici haldır ki, ölkəmizdə aparılan geniş quruculuq işləri təkcə paytaxt Bakı şəhərində deyil, bütün şəhər və rayonlarımızda həyata keçirilir, paytaxtla yanaşı, ölkəmizin bütün regionları inkişaf edir. Son illər ölkəmizdə aparılan bu inkişafın təməlində isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən dövlət siyasəti dayanır.  

Hər kəsə yaxşı məlumdur ki, ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan abadlıq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu dediklərimizin bariz nümunəsidir.

Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.

Hazırda şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri ilə yanaşı, işlər yekunlaşan hissələrdə abadlıq işləri aparılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi davam edən və abadlıq işləri aparılan Heydər Əliyev prospektində olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan rayon rəhbəri hər bir işin keyfiyyətlə aparılmasını bildirib və aidiyyəti üzrə tapşırıqlarını verib.


Qeyd edək ki, hazırda prospektdə işlər başa çatan hissədə köhnə tamet və bardürlər də sökülərək yenilənir, rabitə və elektrik xətləri səliqəyə salınır. Prospektin digər hissəsində isə su və kanalizasiya sisteminin çəkilişləri davam etdirilir.  

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.


Məlumat üçün bildirək ki, şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Su-kanalizasiya sisteminin çəkilişi davam edən və abadlıq işləri aparılan Heydər Əliyev prospekti











Facebook-da paylaş