İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub
Ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı
sevindirir. Bu gün təkcə Bakı şəhərində deyil, bütün şəhər və rayonlarımızda
çox böyük quruculuq və abadlıq işləri aparılır. Bu o deməkdir ki, paytaxtla
yanaşı, ölkəmizin bütün regionları inkişaf edir. Hər kəsə yaxşı
məlumdur ki, ölkə başçısının qayğısı
sayəsində respublikamızın bölgələrində aparılan abadlıq işləri Qazaxda da
geniş vüsət alıb. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu
dediklərimizin bariz nümunəsidir. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və
kanalizasiya sisteminin yenidən qurulmasıdır. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər
abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır,
səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə
salınır. Hazırda şəhərin Heydər Əliyev
prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan
hissələrdə abadlıq işləri aparılır. Bu gün isə birinci
qat yeni asfalt örtüyünün vurulmasına başlanılıb.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov su və
kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Heydər
Əliyev prospektində olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə
maraqlanan rayon rəhbəri hər bir işin keyfiyyətlə aparılmasını bildirib və
aidiyyəti üzrə tapşırıqlarını verib. Qeyd edək ki, hazırda
prospektdə işlər başa çatan hissədə köhnə tamet və bardürlər də sökülərək
yenilənir, rabitə və elektrik xətləri səliqəyə salınır. Prospektin digər
hissəsində isə su və kanalizasiya sisteminin çəkilişləri davam etdirilir.
Qazaxda
aparılan genişmiqyaslı quruculuq
işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə
ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.
Məlumat üçün bildirək ki, şəhərin Heydər
Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan
hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü
vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. Su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospekti
Son illər ölkəmizdə aparılan bu inkişafın təməlində
isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
icra edilən dövlət siyasəti dayanır.
Facebook-da paylaş