Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissələrdə aparılan abadlıq işləri davam edir
Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına
dair qəbul olunmuş çoxsaylı Dövlət
Proqramlarına əsasən respublikamızın bölgələrində
aparılan quruculuq işləri Qazaxda da həyata keçirilir.
Bunu son illər rayonda geniş vüsət alan abadlıq işlərindən də aydın şəkildə
görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və
kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu sahədə işlər uğurla yerinə
yetirilir. Çəkilişlə paralel olaraq
işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və
küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə
xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır. Hazırda şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə aparılan abadlıq
işləri sürətlə davam etdirilir. Belə ki,
prospektdə işlər başa çatan hissədə köhnə tamet və bardürlər sökülərək yeniləri
ilə əvəz edilir, yeni asfalt örtüyünün vurulması üçün alt hissənin hazırlıq
işləri aparılır. Qazaxda
aparılan genişmiqyaslı quruculuq
işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır, bütün bu işlərə görə ölkə
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Məlumat üçün qeyd edək ki, şəhərin Heydər
Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan
hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü
vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A
saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27
saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli
yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və
abadlıq işləri aparılan Heydər Əliyev prospekti
Facebook-da paylaş