• Təqvim

  • Maraq



Qazaxda asfalt vurulacaq daha bir küçədə hazırlıq işlərinə başlanılıb


Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Qazaxda da abadlıq işləri ildən-ilə daha geniş miqyas alır. Bunu son illər rayonda aparılan tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olar. Ölkə başçısının rəhbərliyi altında gündən-günə inkişaf edən, müasirləşən, abadlaşan Qazax rayonu bu gün böyük bir tikinti meydançasını xatırladır.

Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu iş sürətlə davam etdirilir. Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində aparılır.

Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Bu gün içməli su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan və asfalt vurulması nəzərdə tutulan Azadlıq küçəsində də hazırlıq işlərinə start verilib.

Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.







 

GOYEZEN.AZ



Facebook-da paylaş