• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir küçəyə asfalt vurulub


Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda aparılan abadlıq işləri Qazaxda da uğurla icra olunmaqdadır. Bunu son illər rayonda görülmüş işlərin geniş miqyas almasından da görmək olur. Həyata keçirilən tikinti-quruculuq işləri sayəsində bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır.

Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu sahədə işlər sürətlə davam etdirilir. Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində aparılır.

Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

İçməli su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan daha bir küçəyə - Azadlıq küçəsinə ("Qızılhacılı” tikinti materialları mağazasından "Samur” marketə kimi olan hissə) də asfalt vurulub.

Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də böyük rəğbətlə qarşılanır. Və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.














GOYEZEN.AZ



Facebook-da paylaş