• Təqvim

  • Maraq



İcra başçısı şəhərin prospekt və küçələrində aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb


Bu gün sevindirici haldır ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə aparılan quruculuq işləri respublikamızın bütün bölgələrini əhatə edir. Hər il geniş miqyas alan abadlıq işləri təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün şəhər və rayonlarında, kəndlərində, qəsəbələrində həyata keçirilir. Paytaxtla yanaşı, bölgələrimiz də günü-gündən inkişaf edir.

Ölkəmizi əhatə edən abadlıq işləri Qazaxda da uğurla davam etdirilir. Son illər rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması bu dediklərimizin əyani sübutudur.

Qazaxda ölkə başçısının rəhbərliyi altında reallaşan layihələrdən biri də şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Artıq xeyli vaxtdır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu iş uğurla icra olunur. Təqdirəlayiq hal isə odur ki, çəkilişlə bərabər paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektindəeyni zamanda AzadlıqMurtuz Carçıyev və Əminə Dilbazi küçələrində abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq, Əminə Dilbazi Murtuz Carçıyev küçələrinə isə yeni asfalt örtüyü vurulub. Küçələrdə elektrik, rabitə, qaz xətləri səliqəyə salınır.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan və digər abadlıq işləri aparılan həmin küçələrdə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Şəhərin Heydər Əliyev prospektində və küçələrdə aparılan abadlıq işləri ilə tanış olan icra başçısı bütün işlərin keyfiyyətlə görülməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və abadlıq işləri aparılan Heydər Əliyev prospekti



Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Azadlıq küçəsi


Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Murtuz Carçıyev küçəsi



Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulacaq M.V.Vidadi küçəsi




Facebook-da paylaş