Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Azadlıq küçəsinə yeni asfalt örtüyü vurulur
Son
illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında
respublikamızın hər yerində genişmiqyaslı quruculuq işləri aparılır. Paytaxt
Bakı ilə yanaşı, bölgələrimizin inkişafı istiqamətində də məqsədyönlü işlər
görülür. Ölkəmizi əhatə edən abadlıq işləri Qazaxda da uğurla
həyata keçirilir. Rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması,
yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı
şəkildə yenidən qurulması son illər geniş vüsət
alan quruculuq işləridir. Bu gün Qazaxda
ölkə başçısının qayğısı sayəsində reallaşan işlərdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Ən əsası isə
çəkilişlə yanaşı işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa
çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür
düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri
aparılır, yaşıllıqlar salınır. Hazırda su və kanalizasiya sisteminin çəkilişləri
yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə
də daha üç küçəsində - Azadlıq, Murtuz
Carçıyev və Əminə Dilbazi küçələrində
abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni
asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə
tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Əminə Dilbazi küçəsinə yeni asfalt örtüyü
çəkilib. Azadlıq küçəsində isə asfaltın vurulmasına başlanılıb. Məlumat üçün onu da qeyd edək ki, ötən il
şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin
çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla
Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd
Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa
Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi,
şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində
yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilməsi görülən işlərin bariz nümunəsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş