• Təqvim

  • Maraq



İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt vurulan Əminə Dilbazi küçəsində olub


Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan quruculuq işləri Qazaxda da uğurla həyata keçirilir. Rayonda elə bir sahə tapılmaz ki, o sahədə yeniliyin şahidi olmayasan. Son illər rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması haqqında söhbət açdığımız quruculuq və abadlıq işləridir.

Bu gün Qazaxda ölkə başçısının qayğısı sayəsində reallaşan işlərdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Ən əsası isə çəkilişlə yanaşı işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektindəeləcə də daha üç küçəsində - Azadlıq, Murtuz Carçıyev və Əminə Dilbazi küçələrində abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri vurulur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt vurulan Əminə Dilbazi küçəsində olub, işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi görülən işlərin bariz nümunəsidir.



GOYEZEN.AZ



Facebook-da paylaş