Qazaxın Heydər Əliyev prospektində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan növbəti hissəsinə yeni asfalt örtüyü vurulub - FOTOLAR
Son illər ölkəmizdə aparılan genişmiqyaslı
quruculuq işləri təkcə paytaxt Bakı şəhərində deyil, eləcə də bütün şəhər və
rayonlarımızda uğurla həyata keçirilir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələri
gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti
dayanır. Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində
aparılan quruculuq işləri Qazaxda da geniş vüsət alıb.
Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri bu dediklərimizin bariz
nümunəsidir. Rayonda ölkə
rəhbərinin tapşırığına əsasən icra olunan layihələrdən biri də
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və
kanalizasiya sisteminin yenidən qurulmasıdır. Təqdirəlayiq hal isə odur
ki, çəkilişlə paralel olaraq
işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və
küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə
xətləri səliqəyə salınır. Hazırda şəhərin Heydər Əliyev prospektində su
və kanalizasiya sisteminin çəkilişləri ilə yanaşı, işlər yekunlaşan hissələrdə abadlıq
işləri aparılır. Bu günprospektin su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan növbəti hissəsinə
yeni asfalt örtüyü vurulub. Onu da qeyd edək ki, prospektdə işlər başa
çatan hissədə köhnə tamet və bardürlər də sökülərək yenilənir, rabitə və
elektrik xətləri səliqəyə salınır. Qazaxda aparılan
genişmiqyaslı quruculuq işləri
sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə
Prezidenti İlham Əliyevə təşəkkür edirlər. Məlumat üçün bildirək ki, şəhərin Heydər
Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan
hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. GOYEZEN.AZ
Facebook-da paylaş