Əsas Səhifə > Manşet / Sosial > Qazaxın Heydər Əliyev prospektində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan növbəti hissəsinə yeni asfalt örtüyü vurulub -

Qazaxın Heydər Əliyev prospektində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan növbəti hissəsinə yeni asfalt örtüyü vurulub -


23-04-2021, 19:56


Son illər ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri təkcə paytaxt Bakı şəhərində deyil, eləcə də bütün şəhər və rayonlarımızda uğurla həyata keçirilir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti dayanır.  

Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri bu dediklərimizin bariz nümunəsidir.

Rayonda ölkə rəhbərinin tapşırığına əsasən icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Təqdirəlayiq hal isə odur ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.

Hazırda şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri ilə yanaşı, işlər yekunlaşan hissələrdə abadlıq işləri aparılır.

Bu günprospektin su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan növbəti hissəsinə yeni asfalt örtüyü vurulub. Onu da qeyd edək ki, prospektdə işlər başa çatan hissədə köhnə tamet və bardürlər də sökülərək yenilənir, rabitə və elektrik xətləri səliqəyə salınır.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.

Məlumat üçün bildirək ki, şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.










GOYEZEN.AZ


Geri qayıt