İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub
Respublika
Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı
dövlət proqramına uyğun olaraq son illər respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı abadlıq
işləri həyata keçirilir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələri
gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında uğurla icra edilən dövlət
siyasəti dayanır. Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində
aparılan quruculuq işləri Qazaxda da geniş vüsət alıb.
Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri bu dediklərimizin bariz
nümunəsidir. Hazırda ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən
qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Təqdirəlayiq hal isə odur ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər
abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır,
səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə
salınır. Qazaxda
aparılan genişmiqyaslı quruculuq
işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə
ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər. Məlumat üçün bildirək ki, şəhərin Heydər
Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü
vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə
maraqlanan rayon rəhbəri işin keyfiyyətlə aparılmasını bildirib və aidiyyatı
üzrə tapşırıqlarını verib.Onu da qeyd edək ki, prospektdə işlər başa çatan
hissədə çəkilişlə yanaşı, köhnə tamet və bardürlər də sökülərək yenilənir,
rabitə və elektrik xətləri səliqəyə salınır.
Facebook-da paylaş