İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub
Bu gün ölkə başçısıİlham Əliyevin rəhbərliyi altında Qazaxda ən böyük layihələrdən
biri - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması
layihəsi uğurla icra olunur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata
keçirilən işlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa
çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür
düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri
aparılır, yaşıllıqlar salınır. Hazırda su və kanalizasiya sisteminin çəkilişləri
yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eyni
zamanda Azadlıq, Murtuz Carçıyev, Əminə
Dilbazi küçələrində abadlıq işləri aparılıb. Belə ki,
prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin
hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək
yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq, Əminə
Dilbazi, Murtuz Carçıyev küçələrinə isə yeni asfalt
örtüyü vurulub. Küçələrdə elektrik, rabitə, qaz xətləri səliqəyə salınıb. Bu gün Qazaxda su və kanalizasiya sisteminin çəkilişi
başa çatan Molla Vəli Vidadi küçəsinə də yeni asfalt örtüyü vurulub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin küçədə olub, görülmüş işlərin mövcud
vəziyyəti ilə maraqlanıb. Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da uğurla
davam etdirilməsi, son illər rayonda yeni asfalt yolların
çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə
çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının,
körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən
qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün
bu işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər. Məlumat üçün onu da qeyd edək ki, ötən il
şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya
sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla
Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd
Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə
yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov
yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində
yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində
yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilib. Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Azadlıq küçəsi
Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş