Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub
İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub7-06-2021, 21:02 |
![]() Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq son illər respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti dayanır. Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri bu dediklərimizin bariz nümunəsidir. Hazırda ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Təqdirəlayiq hal isə odur ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır. |