• Təqvim

  • Maraq



İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində aparılan abadlıq işləri ilə tanış olub


Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurlu icrası sayəsində bu gün nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün şəhər və rayonları gündən-günə inkişaf edir.

Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası demək olar ki, yekunlaşmaq üzrədir. Təqdirəlayiq haldır ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən və su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan 81, 83, 175 saylı çoxmənzilli yaşayış binalarının həyətində yeni asfalt örtüyü vurulur, eləcə də digər abadlıq işləri aparılır. Eyni zamanda, prospektdə səkilərdə köhnə tamet və bardürlər də sökülərək yenilənir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev prospektində su-kanalizasiya sisteminin çəkilişi başa çatan, yeni asfalt örtüyü vurulan və abadlıq işləri aparılan həmin çoxmənzilli yaşayış binalarının həyətində olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.

Məlumat üçün bildirək ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev prospekti 81 və 83 saylı binaların həyəti


Heydər Əliyev prospekti 175 saylı binanın həyəti



Yeni tamet vurulan Heydər Əliyev prospekti

GOYEZEN.AZ



Facebook-da paylaş