İcra başçısı Azadlıq küçəsində yerləşən 107 saylı binanın həyətində aparılan abadlıq işləri ilə tanış olub
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında
regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurlu icrası sayəsində
bu gün nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün şəhər və rayonları
gündən-günə inkişaf edir. Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işləri həyata
keçirilir. Ölkə rəhbərinin tapşırığına
əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin
yenidən qurulması layihəsinin icrası demək olar ki, yekunlaşmaq
üzrədir. Təqdirəlayiq haldır ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan
ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr
asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri
səliqəyə salınıb. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli
yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Şəhərin Azadlıq küçəsində yerləşən 107 saylı
çoxmənzilli yaşayış binası da təmir olunan binalardandır. Binanın blok və
fasadı ilə yanaşı, həyətində də abadlıq işləri aparılıb. Hazırda binanın həyətində
yeni asfalt örtüyü vurulur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa
çatan, yeni asfalt örtüyü vurulan həmin çoxmənzilli yaşayış binasının həyətində
olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Qazaxda
aparılan genişmiqyaslı quruculuq
işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə
ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər. Məlumat üçün bildirək ki, şəhərin Heydər
Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü
vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və
5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. Azadlıq küçəsi 107 saylı binanın həyəti
GOYEZEN.AZ
Facebook-da paylaş