İcra başçısı dam örtükləri yenilənən birmərtəbəli binalarda görülən işlərlə tanış olub
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında
regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası
sayəsində son illər paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün şəhər və
rayonlarında genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün Qazax rayonu da gündən-günə abadlaşan
bölgələrimizdən biridir. Ölkə rəhbərinin
tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su
sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda başlanılan
abadlıq işləri bu gün də davam etdirilir. Çəkilişlə paralel olaraq işlər
yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və
küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə
xətləri səliqəyə salınıb. Şəhərin Heydər Əliyev prospektində,
Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. Respublikamızda əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra
olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı
əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax
Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli
yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə
çatdırılıb. Hər il olduğu kimi, bu il də vətəndaşların
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Bu günə kimi MİS-in balansında olan Azadlıq 90,100,121 ünvanlarında yerləşən
birmərtəbəli binaların dam örtükləri yenilənib. Hazırda isə təmir işləri
aparılan binalardan biri H.Z.Tağıyev 11 ünvanında yerləşən
birmərtəbəli yaşayış binasıdır. Artıq binanın dam örtüyü yenilənir. Təmirə
ehtiyacı olan digər binalarda da işlərin aparılması nəzərdə tutulub.
Azadlıq 125
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtüyü yenilənmiş Azadlıq 90,100,121, yenilənməsi
nəzərdə tutulan 125 və hazırda iş davam etdirilən H.Z.Tağıyev 11 ünvanında
yerləşən binalarda olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Görülmüş işlə tanış olan icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını
verib. Azadlıq 100 Azadlıq 121 H.Z.Tağıyev 11 GOYEZEN.AZ
Facebook-da paylaş