Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir
Son illər ölkə Prezidenti İlham Əliyevin
rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının
uğurlu icrası sayəsində bu gün nəinki paytaxt Bakı, eləcə də respublikamızın
bütün şəhər və rayonları gündən-günə inkişaf edir, genişmiqyaslı quruculuq
işləri aparılaraq abad bölgələrimizə çevrilir. Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu da bu gün böyük bir tikinti meydançasına bənzəyir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax
şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin
icrasından sonra rayonda başlanılan abadlıq işləri bu gün də davam etdirilir. Çəkilişlə
paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa
çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür
düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərin Heydər Əliyev
prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib.
Respublikamızda
əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər
Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir,
blok və fasadı əsaslı şəkildə təmir edilir. Bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli
yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə
çatdırılıb. Hazırda təmir işləri
aparılan binalardan biri Azadlıq küçəsi 100 ünvanında yerləşən
birmərtəbəli yaşayış binasıdır. Artıq binanın dam örtüyü yenilənir, söküntü
işlərinə başlanılıb. Təmirə ehtiyacı olan digər binalarda da işlərin aparılması
nəzərdə tutulub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam
örtüyü yenilənən həmin binada
olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlə tanış olan
icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını da verib.
GOYEZEN.AZ
Facebook-da paylaş