İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Bakı küçəsində olub
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurlu icrası sayəsində bu gün nəinki paytaxt Bakıda, eləcə də respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu da bu gün böyük bir tikinti meydançasını xatırladır. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda başlanılan abadlıq işləri bu gün də davam etdirilir.
Təqdirəlayiq hal isə odur ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Hazırda su və kanalizasiya sisteminin çəkilişi başa çatan Bakı küçəsində yeni asfalt örtüyünün vurulmasına başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni asfalt örtüyü vurulan həmin küçədə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb, aidiyyatı şəxslərə müvafiq tapşırıqlarını verib.
Məlumat üçün onu da bildirək ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş