Qazaxda su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Azadlıq küçəsindən - FOTOLAR
Bu gün tam əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin hər bir bölgəsi, rayonu, qəsəbəsi, kəndi günü-gündən gözələşir. 2004-cü ildən qəbul olunan regionlarımızın sosial və iqtisadi inkişafı ilə bağlı çoxsaylı dövlət proqramlarının uğurlu icrası sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün şəhər və rayonları inkişaf edir.
Respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin aparıldığı rayonlardan biri də Qazax rayonudur. Ölkə başçısının diqqət və qayğısı sayəsində son illər rayonda görülmüş işlərin miqyası isə ildən-ilə daha geniş vüsət alır. Son dövrlər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, prospekt və küçələrdə aparılan abadlıq görülmüş işlərin bariz nümunəsidir. Bu gün bu işlər sayəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. Bütün abadlıq işləri sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bunlara görə ölkə Prezidentinə minnətdarlıq edirlər.
Ötən yazılarımızda da xəbər verdiyimiz kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşan layihə uğurla icra olunur. Ən əsası isə çəkilişlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eyni zamanda Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Azadlıq küçələrində abadlıq işləri aparılıb. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Əminə Dilbazi, Murtuz Carçıyev, Molla Vəli Vidadi, Azadlıq küçələrinə isə yeni asfalt örtüyü vurulub, küçələrdə elektrik, rabitə, qaz xətləri səliqəyə salınıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Azadlıq küçəsi
Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Əhməd Seyidov küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş