Qazaxda daha üç çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulur
Son illər Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul edilən
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına əsasən paytaxt
Bakı ilə yanaşı, bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Son
dövrlər Qazax rayonunda həyata keçirilən abadlıq işləri bunu deməyə əsas verir.
Xüsusilə də ölkə rəhbərinin tapşırığına
əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax
şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin
icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür
düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizin
bariz nümunəsidir. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə
çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev
prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə
verilib. Şəhərdə
prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan
işlər bu il də uğurla davam etdirilir. Hazırda şəhərin Ələddin
Qədirov küçəsində, eləcə də burada yerləşən 2,3,4 saylı
binaların həyətində abadlıq işləri aparılır. 2019-cu ildə əsaslı şəkildə təmir
olunan binaların həyətində bu gün su və
kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün asfalt örtüyü vurulur.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya
sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Ələddin
Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış
binalarının həyətində görülmüş işlərlə tanış olub. Görülmüş işlərin mövcud
vəziyyəti ilə maraqlanan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını
verib. Ölkə başçısının
rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması bina
sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır. Bütün bunlara görə ölkə
Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş