İcra başçısı şəhər ərazisində aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
altında son illər qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqram”ları respublikanın hər bölgəsində uğurla icra edilməkdədir.
Proqram çərçivəsində nəinki Paytaxt Bakı, eləcə də bütün bölgələrimiz ildən-ilə
inkişaf edir. Dövlət Proqramları çərçivəsində Qazax rayonunda da
abadlıq-quruculuq işləri geniş vüsət alıb. Son dövrlər həyata keçirilən
genişmiqyaslı abadlıq işləri sözün yaxşı mənasında rayonun simasını tamamilə
dəyişib, Qazax gündən-günə abadlaşan bölgələrimizdən birinə çevrilib. Ölkə rəhbərinin
tapşırığına əsasən Qazax şəhərinin
içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından
sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür
düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizə
əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah
Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam
etdirilir. Şəhərin Nəriman Nərimanov küçəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini
təmin etmək məqsədilə yeni səkinin salınması, Dədə Qorqud abidə
kompleksinin ətrafında yeni dəmir məhəcərlərin qoyulması, Qazax Sukanal
Sahəsi üçün inşa edilən inzibati binanın qarşısında aparılan abadlıq işləri
söylədiklərimizin əyani sübutudur. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov abadlıq işləri
aparılan həmin ərazilərdə, eləcə də quruculuq işləri aparılacaq Ələddin Qədirov
küçəsində olub. Görülmüş işlərin mövcud
vəziyyəti ilə maraqlanan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını
verib. Ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə
qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə
olunur.
Heydər Əliyev prospekti Nəriman Nərimanov küçəsi
Ələddin Qədirov küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş