Əsas Səhifə > Manşet / Sosial > Qazaxda daha üç çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulur

Qazaxda daha üç çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulur


4-04-2022, 18:36


Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında  qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına əsasən paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Son dövrlər Qazax rayonunda həyata keçirilən abadlıq işləri bunu deməyə əsas verir. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizin bariz nümunəsidir. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan işlər bu il də uğurla davam etdirilir.

 

Hazırda şəhərin Ələddin Qədirov küçəsində, eləcə də burada yerləşən 2,3,4 saylı binaların həyətində abadlıq işləri aparılır. 2019-cu ildə əsaslı şəkildə təmir olunan binaların həyətində bu gün su və kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün asfalt örtüyü vurulur.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlərlə tanış olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması bina sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.


 

GOYEZEN.AZ


Geri qayıt