Qazaxda aparılan abadlıq işləri bu gün də davam etdirilir
Son illər Respublika Prezidenti İlham Əliyevin
rəhbərliyi altında ölkəmizdə qəbul edilən "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində nəinki paytaxt Bakı,
eləcə də respublikamızın bütün bölgələri gündən-günə inkişaf edir. Son dövrlər
böyük tikinti meydançasını xatırladan Qazax rayonu da respublikamızın
ildən-ilə, gündən-günə abadlaşan rayonlarından birinə çevrilib. Bunu ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu”
ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən
qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasından,
səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin
səliqəyə salınmasından aydın şəkildə görmək olar. Şəhərin Heydər Əliyev
prospektində, Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən
2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilib. Rayonda aparılan abadlıq-quruculuq işləri bu gün də
davam etdirilir. Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində görülən işlər Qazaxda uğurla icra olunur. Çoxmənzilli yaşayış
binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir.
Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil
İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından
130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb. Hazırda şəhərin Hüseyn Arif küçəsində
yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin
yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində su-kanalizasiya
sisteminin çəkilişi başa çatdığı üçün abadlıq işlərinin aparılması, MİS-in
balansında olan Zeynalabdin Tağıyev 22 ünvanında yerləşən birmərtəbəli binanın
dam örtüyünün yenilənməsi, Səməd Vurğun küçəsində sakinlərin rahat gediş-gəlişini
təmin etmək üçün səkilərə tamet döşənməsi, Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan parkda abadlıq işlərinin aparılması rayonda abadlıq işlərinin bundan
sonra da davam etdirilməsi deməkdir. Ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparılması rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.
Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Zeynalabdin Tağıyev küçəsi 22 Səməd Vurğun küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş