• Təqvim

  • Maraq



“Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağı öz işini günün tələbləri səviyyəsində qurur


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə bütün sahələr, o cümlədən də vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən respublikamızın bütün bölgələrində genişmiqyaslı işlər görülür.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi də öz işini günün tələbləri səviyyəsində qurur. Qovşağın kollektivi uzun illərdir rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində səylə çalışırlar. Görülmüş bütün işlərin kökündə isə əhali, müəssisə və təşkilatlara göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması dayanır. Bundan əlavə, rayonda mərkəzi xətt şəbəkəsi təmir edilərək müasir tələblər səviyyəsinə çatdırılır, kabel-kanal sistemi texniki normalara gətirilir, köhnə dirəklər bərpa edilir, sıradan çıxmış dirəklər isə yeniləri ilə əvəz olunur.

TKQ tərəfindən 2020-ci ilin noyabr, dekabr 2021-ci ilin yanvar aylarında texniki sahədə görülmüş işlərə nəzər yetirsək bunun əyani şahidi olarıq.


"Kollec” EATS-nin daxili xətt şəbəkəsi 1175 m tpp 50x2 tipli, 944 m tpp 20x2 tipli, 810 m tpp 10x2 tipli kabellərdən istifadə etməklə 200 nömrəlik xətt təsərrüfatı tikilmiş, əhalinin telefona olan təlabatını ödəmək məqsədilə əlavə avadanlıqlar quraşdırılmaqla Cəfərli EATS-də 16 nömrə, Canalı EATS-də 128 nömrə artırılaraq ümumilikdə 344 nəfər sakinə telefon xətti çəkilərək onların istifadəsinə verilmişdir.

Dövlətin, ölkə Prezidentinin və rayon rəhbərliyinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğısını əldə rəhbər tutuan Qovşağın kollektivi bu təbəqədən olan insanları daim diqqətdə saxlayır, qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşırlar. Şəhidlərimizə və qazilərimizə olan qayğının nəticəsidir ki, qeyd edilən müddət ərzində 26 nəfər şəhid ailəsinə, 23 nəfər Vətən müharibəsi qazisinə, 2 nəfər müharibə iştirakçısına telefon və internet xətti çəkilmişdir.

Qovşağın əməkdaşları tərəfindən şəhərlə yanaşı, kəndlərdə də vətəndaşlarıntelekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər görülür. Bu dövrdə təmir məqsədilə şəhərin H.Əliyev prospektində 50 mtpp 50x2 tipli, S.Vurğun küçəsində 190 m tpp 10x2 tipli, Abbasbəyli kəndində 250 m tpp 100x2 tipli, Cəfərli kəndində 140 mtpp 20x2 tipli, Birinci Şıxlı kəndində 195 m tpp 50x2 tipli, Ağköynək kəndində 160 m tpp 20x2 tipli, Çaylı kəndində 130 mtpp 100x2 tipli kabellər dəyişdirilərək bu kabellərdə işləyən telefon və internetin keyfiyyəti yüksəldilmişdir.

Şəhər və kəndlərdə hava rabitə xətlərinin təmiri üçün 36 ədəd beton calaqdan istifadə etməklə 42 ədəd ağac dirək təmir olunmuş, 7 ədəd dəmir dirək basdırılmaqla dibi çürümüş, istismara yararsız ağac dirək dəyişdirilmişdir. Bundan başqa, köhnəlmiş, istifadəyə yararsız hala düşmüş 11 ədəd abunə qutusu, 7450 m abunəçi naqili dəyişdirilmiş, 12 ədəd kabel-kanalizasiya quyusu təmir olunmuşdur.

Qovşağın kollektivi tərəfindən vətəndaşlara göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər rayon sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır. Rayonda aparılan abadlıq və quruculuqla yanaşı, sakinlərin internet və rabitə sahəsində olan qayğılarının həlli istiqamətində görülmüş işlərə görə minnətdarlıq edirlər. İllərdir ki, rabitə və internet sahəsində həlli vacib olan məsələlərin qısa bir vaxtda aradan qaldırılmasını, bu sahədə ardıcıl işlərin aparılmasını müsbət qiymətləndirirlər. Rayonda bütün sahələrdə vətəndaşlara göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər.  










GOYEZEN.AZ



Facebook-da paylaş